"Qatil" adlandırıldı, sosial şəbəkə hesabını sildi
İspnaiyanın “Andorra” klubunun qapıçısı Xesus Ovono “Tenerife”nin hücumçusu Xesus de Miquelin ölümündən ciddi şəkildə sarsılıb.
Sportify.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Futbolçular İspaniya Sequndasının 12-ci turunda keçirilən və 2:2 hesabı ilə başa çatan qarşılaşmanın son dəqiqələrində toqquşublar. 30 yaşlı de Miquel sinəsinə dəyən zərbədən sonra ürək dayanması keçirib və bu gün xəstəxanada vəfat edib.
Məlumata görə, Ovono hadisədən sonra de Miquelin vəziyyətini diqqətlə izləyib. “Andorra”nın soyunub-geyinmə otağında da ilk andan etibarən ciddi narahatlıq hökm sürüb. Klub qapıçının rəqibinə zərər vermək niyyətində olmadığını vurğulayıb və hadisənin faciəvi nəticələndiyini qeyd edib. Bildirilir ki, Ovono baş verənlərdən olduqca sarsılıb.
Matçdan sonra qapıçı ciddi təzyiqlə də üzləşib. Ona qarşı “qatil” ifadəsi səsləndirilib, daha sonra isə aldığı çoxsaylı mesajlara görə sosial şəbəkə hesabını silməli olub. Bu müddət ərzində Ovono “Andorra”nın nümayəndəsi və klubun tibbi heyəti vasitəsilə de Miquelin vəziyyəti barədə məlumat alıb.
Ovono uyğun məqam yaranan kimi de Miquelin ailəsi və yaxınları ilə əlaqə saxlamağı planlaşdırır. Qapıçı bu söhbətin əvvəlcə şəxsi qaydada baş tutmasını, hadisə ilə bağlı hər hansı ictimai açıqlama verməzdən əvvəl ailə ilə danışmağı istəyir.



No Comment! Be the first one.