PFL-in icraçı direktoru azərbaycanlı futbolçunun avrokubok oyununda
UEFA Konfrans Liqasında Liqa mərhələsnin 3-cü turunda “Universitatya Krayova” (Rumıniya) – “Eqnatiya” (Albaniya) matçına təyinatlar açıqlanıb.
Sportify.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin də mübarizə apardığı “Eqnatiya” klubunun avrokubok oyununu şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Maraqlıdır ki, təyinatlar arasında tanış sima da var. Belə ki, oyunda UEFA nümayəndəsi azərbaycanlı Zaur Hacı Məhərrəmov olacaq.
Qeyd edək ki, Məhərrəmov Peşəkar Futbol Liqasının icraçı-direktorudur.



No Comment! Be the first one.