“Lids” Harvi Elliottin transferində maraqlıdır
İngiltərənin “Lids” klubu “Liverpul”un yarımmüdafiəçisi Harvi Elliottun mümkün transferi ilə bağlı ümidverici xəbər alıb.
Sportify.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Mənbənin məlumatına görə, 23 yaşlı ingiltərəli futbolçunun icarə əsasında çıxış etdiyi “Valensiya” artıq yanvarın 2027-ci ildə onu İngiltərə klubuna qaytarmağa hazırlaşır. Elliott İspaniya komandasında gözləntiləri doğrultmayıb. O, indiyədək heç bir oyuna start heyətində çıxmayıb və son matçda qırmızı vərəqə alıb.
“Liverpul” da yarımmüdafiəçini gələcək planlarına daxil etmir. Baş məşqçi Andoni İraola futbolçunu komandasında görmür. Elliottun müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə olduğundan mersisaydlılar onun satışından gəlir əldə etmək istəyirlər.
Futbolçunun özü isə növbəti icarəyə getməkdənsə, Premyer Liqanın başqa klubuna keçməyə üstünlük verir.
“Lids” uzun müddətdir Elliottun çıxışını izləyir və qış transfer pəncərəsində onun transferini mümkün variantlardan biri kimi nəzərdən keçirir.
Transfermarkt portalı ingiltərəli futbolçunun bazar dəyərini 18 milyon avro qiymətləndirir.



No Comment! Be the first one.