Braziliya klubu gözünü Alisson Bekkerə dikib
Braziliya klubu “Flamenqo” İngiltərə təmsilçisi “Liverpul”un qapıçısı Alisson Bekkeri heyətinə qatmaq imkanını dəyərləndirir.
Sportify.az xəbər verir ki, bu barədə “Sport Witness” məlumat yayıb.
Mənbənin məlumatına görə, Braziliya klubunun maliyyə çətinlikləri transferin reallaşmasını çətinləşdirir. Hətta futbolçunun azad agent kimi keçidi baş tutsa belə, 34 yaşlı qapıçının yüksək maaş tələbləri ciddi maliyyə yükü yarada bilər.
“Flamenqo”nun Alissona marağı əsas qapıçı Aqustin Rossinin həlledici matçlarda buraxdığı səhvlərə görə tənqid olunmasından sonra yaranıb.
“Liverpul” hələlik braziliyalı qapıçı ilə bağlı rəsmi təklif almayıb. Alisson İngiltərə klubunun əsas qapıçısı olaraq qalır və mersisaydlılar onun gələcəyi ilə bağlı qərar vermək hüququnu özlərində saxlayırlar.
Məlumata əsasən, “Flamenqo” rəhbərliyi daxilində də Alissonun transferi ilə bağlı vahid mövqe yoxdur. Bəzi şəxslər onun komandanı gücləndirəcəyini düşünsə də, digərləri qapıçının yaşını və Braziliya millisindəki qeyri-sabit çıxışlarını nəzərə almağı vacib sayır.
Alissonun “Liverpul”la müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir. O, 2026/27 mövsümündə keçirdiyi 13 oyunda 19 qol buraxıb, 4 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.



No Comment! Be the first one.