“Real Madrid” Vinisiusa bir ay vaxt verdi
İspaniya klubu “Real Madrid” Vinisius Juniora əvvəlki formasını bərpa etmək, özünü göstərmək və baş məşqçi Joze Mourinyonun tələblərinə uyğunlaşmaq üçün bir ay vaxt verib.
Sportify.az xəbər verir ki, əks halda, braziliyalı futbolçu komandanın ehtiyat oyunçular skamyasında qalmaq riski ilə üzləşə bilər. Bu barədə “El Debate” nəşri məlumat yayıb.
Məlumata görə, “Real Madrid” Vinisiusun fiziki vəziyyətini diqqətlə təhlil edir. Futbolçu özü də yaranmış çətinliklərin fərqindədir və əvvəlki oyun səviyyəsinə qayıtmaqda qərarlıdır.
Joze Mourinyo braziliyalı vingerə kömək etmək üçün əlindən gələni etsə də, komandanın maraqlarının hər şeydən üstün olduğunu açıq şəkildə bildirib.
Nəşrin iddiasına görə, dekabrda “Real madrid”in La Liqada “Atletik”lə və Çempionlar Liqasında “Arsenal”la keçirəcəyi oyunlar Vinisius üçün həlledici olacaq.
Qeyd edək ki, Vinisius cari mövsümdə “Real”ın heyətində bütün turnirlərdə 12 matça çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.



No Comment! Be the first one.