“Everton” doğma meydanda sevindi
İngiltərə Premyer Liqasının 10-cu turunda “Everton” “Koventri Siti” üzərində qələbə qazanıb.
Sportify.az xəbər verir ki, Liverpulda yerləşən “Hill Dikinson” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada ilk qolu 52-ci dəqiqədə Yan Qbou vuraraq qonaqları önə keçirib. Lakin “Everton” qısa müddətdə hesabı bərabərləşdirib. Tierno Barri 56-cı dəqiqədə fərqlənib. Barri 61-ci dəqiqədə isə dublunu rəsmiləşdirərək komandasını hesabda önə çıxarıb. Matçın yekun nəticəsini 81-ci dəqiqədə Kirnan Düsberi-Holl müəyyənləşdirib.
Bu qələbədən sonra “Everton” 16 xalla Premyer Liqanın turnir cədvəlində 5-ci pilləyə yüksəlib. “Koventri Siti” isə 9 xalla 16-cı yerdə qərarlaşıb.



No Comment! Be the first one.