“Sevilya” və “Alaves” xalları bölüşdürdü
İspaniya La Liqasının 12-ci turunda “Sevilya” doğma meydanda “Alaves”lə qarşılaşıb.
Sportify.az xəbər verir ki, “Ramon Sançes Pisxuan” stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Matçın 32-ci dəqiqəsində “Sevilya”nın yarımmüdafiəçisi Ruben Varqas penaltidən yararlana bilməyib. 11 metrlik cərimə zərbəsi Pablo İbanesin qayda pozuntusundan sonra təyin olunub.
Bu nəticədən sonra “Sevilya” 18 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Alaves” isə 13 xalla 9-cu yerdədir.



No Comment! Be the first one.