Paytaxt klubundan zədəlilər barədə məlumat
Fransa təmsilçisi PSJ-nin mətbuat xidməti ölkə çempionatının 10-cu turunda “Trua” ilə keçiriləcək oyunöncəsi zədəli futbolçuların vəziyyəti barədə məlumat yayıb.
Sportify.az xəbər verir ki, Paris klubunun açıqlamasına görə, “Vilyarreal”la matçda baldır əzələsindən zədə alan Maqnus Akliuş yaxın günlərdə müalicəsini davam etdirəcək.
Markinyos, Nunu Mendeş və Usman Dembele isə fərdi məşqlərə qayıdıblar. Xviça Kvaratsxeliya müalicə proqramını davam etdirir.
Qeyd edək ki, Fransa çempionatında 9 turdan sonra Luis Enrikenin rəhbərlik etdiyi PSJ 20 xalla turnir cədvəlinə başçılıq edir. Paris təmsilçisi Liqa 1-də ardıcıl altı qələbə qazanıb.



No Comment! Be the first one.