Qattuzo İtaliya çempionatında ayın ən yaxşı məşqçisi seçildi
“Latsio”nun baş məşqçisi Cennaro Qattuzo İtaliya A Seriyasında oktyabr ayının ən yaxşı məşqçisi adına layiq görülüb.
Sportify.az xəbər verir ki, bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.
Mükafatın qalibi idman mediasının rəhbərlərindən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Seçim zamanı İtaliya çempionatının 6-9-cu turları arasındakı nəticələr və komandaların oyun keyfiyyəti nəzərə alınıb.
10 turdan sonra “Latsio” 28 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. Roma təmsilçisi mümkün 30 xaldan 28-ni toplayaraq klub tarixində bu mərhələ üçün rekord göstəriciyə imza atıb. Komanda 9 qələbə qazanıb, 1 dəfə heç-heçə edib.
“Latsio” keçirdiyi 10 oyunda 24 qol vurub. Maraqlıdır ki, komandanın heyətində 12 fərqli futbolçu fərqlənib.
Qeyd edək ki, Qattuzoya mükafat noyabrın 21-də “Latsio”nun “Leççe” ilə ev oyunundan əvvəl təqdim olunacaq.



No Comment! Be the first one.