Dünya çempionatı: İlk yarış günündə bir medal
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatının ilk günündə Azərbaycan millisi bir medal qazanıb.
Sportify.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev bürünc medala sahib olub.
O, üçüncü yer uğrunda görüşdə rusiyalı İslam Sultiqova qalib gəlib.
Qadınların yarışında isə Xədicə Qədəşova 57 kq çəki dərəcəsində 5-ci yerlə kifayətlənməli olub. Qədəşova 3-cü yer uğrunda görüşdə sloveniyalı Nika Tomtsa uduzub.
Qeyd edək ki, Tomts 1/16 finalda Azərbaycanın digər təmsilçisi Vüsalə Hacıyevanı məğlubiyyətə uğratmışdı.


No Comment! Be the first one.