Abşeron klubundan qələbə
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Sportify.az xəbər verir ki, bu gün qadın voleybolçuların Super Liqasında III tur çərçivəsində bir qarşılaşma baş tutub.
UNEC VK-nın idman zalında UNEC və “Azərmaş Abşeron” komandaları üz-üzə gəliblər. Oyun qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Super Liqada növbəti oyun sabah keçiriləcək. GİN-in Voleybol Mərkəzində “Azərreyl” və “DH Volley” komandaları qarşılaşacaqlar.
19 noyabr
Super Liqa
III tur
UNEC – “Azərmaş Abşeron” 1:3 (25:15, 22:25, 17:25, 25:27)



No Comment! Be the first one.