"Turan" "Maritsa"ya qalib gələrək qrup mərhələsinə yüksəldi - YENİLƏNDİ
Azərbaycanın voleybolçu qadınlardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab görüşünə çıxıb.
Sportify.az xəbər verir ki, Tovuz təmsilçisi Bolqarıstanın “Maritsa Plovdiv” kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşmanı serbiyalı referi Deyan Rogiç və türkiyəli hakim Nurper Özbar idarə edib.
Tovuz Olimpiya İdman Kompleksində keçirilmiş oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:0 (25:22, 25:17, 25:23).
Beləliklə, “Turan” tarixində ilk dəfə qatıldığı Çempionlar Liqasında qrup mərhələsinə yüksəlib.
D qrupunda yer alan Azərbaycan təmsilçisinin rəqibləri İtaliyanın “Savino Del Bene Skandiççi”, Türkiyənin “Əczaçıbaşı Peron” və Serbiyanın TENT komandaları olacaq.
İlk oyunda “Turan” səfərdə 3:0 hesabı ilə qalib gəlmişdi.
10 noyabr
CEV Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab görüşü
18:00. “Turan” (Tovuz, Azərbaycan) – “Maritsa” (Plovdiv, Bolqarıstan) – 3:0 (25:22, 25:17, 25:23)
Hakimlər: Deyan Rogiç (Serbiya), Nurper Özbar (Türkiyə)
Tovuz Olimpiya İdman Kompleksi
İlk oyun – 3:0.



No Comment! Be the first one.