Həsən Zeynalov: Rəqiblərin adları bizi qorxutmur
Azərbaycanın voleybolçu qadınlardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab görüşündə Bolqarıstanın “Maritsa Plovdiv” kollektivini məğlub edərərək tarixində ilk dəfə CEV Çempionlar Liqasına yüksəlib.
Sportify.az xəbər verir ki, marçdan sonra “Turan” VC-nin prezidenti Həsən Zeynalov fikirlərini bölüşüb:
“Qrupdakı rəqiblərimizin ad-sanları bütün dünyada bəllidir. Onların heyətləri güclüdür. İllərdir çempionluq qazanır, qrup və pley-off mərhələlərində, hətta “Final Four”da mübarizə aparırlar. Amma biz də bura sadəcə iştirak etmək üçün gəlməmişik. Əlimizdən gələni edib uğurlu çıxış etməyə çalışacağıq. Rəqiblərin adları bizi qorxutmur. Komanda ilə söhbətimdə də hər kəsə aşılamağa çalışıram ki, çətin ola bilər, amma mümkünsüz deyil”.
View this post on Instagram



No Comment! Be the first one.