Camal Musiala yenidən huşunu itirdi
Almaniya klubu “Bavariya”nın futbolçusu Camal Musiala yenidən huşunu itirib.
Sportify.az Bild nəşrinin məlumatına görə, hadisə Münhen klubunun məşqi zamanı baş verib.
Bu, almaniyalı yarımmüdafiəçinin 2026-cı ilin avqustundan bəri yaşadığı üçüncü belə haldır. Əvvəlki iki hadisə matçlar zamanı qeydə alınıb. Hər iki halda futbolçuya tibbi yardım göstərilib və o, oyunu vaxtından əvvəl tərk edib.
Bildirilən məlumata əsasən, 23 yaşlı futbolçuda müalicəsi mümkün olmayan nevroloji xəstəlik aşkarlanıb.
Daha əvvəl “Bavariya”nın Musialanın əvvəlki oyun səviyyəsinə qayıdacağına əmin olmadığı və yarımmüdafiəçini satmağı nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Musiala 2021-ci ildən “Bavariya”da çıxış edir. O, Münhen klubu ilə altı dəfə Almaniya çempionu olub.


No Comment! Be the first one.