"Barselona" Bakıda! - VİDEO
“Sabah” komandası ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçında qarşılaşacaq İspaniya “Barselona”sı Bakıya gəlib.
Sportify.az xəbər verir ki, Kataloniya təmsilçisi sosial şəbəkə hesabı vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş görüntülərini paylaşıb.
Paylaşımda “Hello, Baku” (“Salam, Bakı”) yazılıb.
Qonaq komanda hava limanından birbaşa qalacağı otelə yollanacaq. Heyətdə 22 futbolçu, həmçinin klub prezidenti Joan Laporta da yer alıb.
Qeyd edək ki, “Barselona” noyabrın 24-də Bakı Olimpiya Stadionunda məşqə çıxacaq. Komandanın baş məşqçisi Hansi Flik və futbolçulardan biri mətbuat konfransı keçirəcək. Oyun isə noyabrın 25-də saat 21:45-də başlanacaq.
#sportifyaz https://t.co/xP1aV2wDuT
— Sportifyaz (@Sportifyaz) November 23, 2026
#sportifyazpic.twitter.com/xP1aV2wDuT
— Sportifyaz (@Sportifyaz) November 23, 2026



No Comment! Be the first one.