Okan Buruk: Əvəzetmələrdən sonra komandamızın oyunu gücləndi
Türkiyə klubu “Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İngiltərə təmsilçisi “Aston Villa”ya qarşı keçirilən və 1:0 hesabı ilə başa çatan matç barədə fikirlərini bölüşüb.
Sportify.az “De Marke Sports”a istinadla xəbər verir ki, mütəxəssis qələbənin sirrini açıqlayıb:
“Aston Villa” çox hərəkətli komandadır. Makqin və Manzambi ilə birlikdə meydanda daim yer dəyişən kollektivə çevriliblər.
Fərdi pressinq zamanı Torreyra ilə rəqib futbolçuları təkbətək qarşılamağa çalışırdıq. Daha sonra Lemina ilə bağlı əvəzetmə etdik və təzyiqi artırmağa çalışdıq.
Onların qapıçısı ayaqla çox yaxşı oynayır. Həm qısa, həm də uzun ötürmələri dəqiq yerinə yetirir. Bunu nəzərə alaraq pressinq tətbiq etmək qərarına gəldik.
Əvəzetmələrdən sonra komandamızın oyunu gücləndi. Taktiki və fiziki baxımdan bacarığımızı nümayiş etdirmək imkanımız oldu”.



No Comment! Be the first one.