Çempionlar Liqası: "Skandiççi" "Turan"ı məğlub etdi – YENİLƏNDİ
CEV Çempionlar Liqasında Azərbaycanı təmsil edən qadın voleybolçulardan ibarət “Turan” klubu turnirin əsas mərhələsində ilk qarşılaşmasını keçirib.
Sportify.az xəbər verir ki, Tovuz komandası İtaliya voleybolunun köklü klublarından olan “Savino Del Bene Skandiççi” kollektivi ilə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub.
Florensiya şəhərindəki “Vanni” İdman Sarayında təşkil olunan görüş Bakı vaxtı ilə saat 21:30-da başlanıb. Qarşılaşmanı kiprli Andreas Daniil və monteneqrolu Yelena Mitroviç idarə edib.
Görüş “İdman TV”nin əsas efirində və “YouTube” kanalında canlı yayımlanıb.
CEV Çempionlar Liqası
21:30 “Skandiççi” (İtaliya) – “Turan” (Azərbaycan) 2:1 (25:21, 25:10, 20:25, 25:16)



No Comment! Be the first one.