Kenan Yıldız ağır zədə aldı
İtaliya “Yuventus”unun futbolçusu Kenan Yıldız “Frozinone”yə qarşı A Seriyasının ilk tur matçında ciddi zədə alıb.
Sportify.az “Tuttosport” nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı türkiyəli vingerin sol ayağının pəncə hissəsində sınıq aşkarlanıb.
Yıldız görüşün 69-cu dəqiqəsində əvəzlənib. Onun yerinə Jeremi Boqa meydançaya çıxıb.
Müayinə zamanı cərrahi müdaxiləyə ehtiyac olduğu müəyyənləşib. Gənc oyunçunun bərpasının təxminən üç ay çəkəcəyi gözlənilir.
Qeyd edək ki, ötən mövsüm Kenan Yıldız “Yuventus”un heyətində bütün turnirlərdə 47 matç keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 75 milyon avro qiymətləndirir.



No Comment! Be the first one.