Əfsanəvi idmançıdan Qurban Qurbanova dəstək - FOTO
Paracüdo üzrə ikiqat paralimpiya, dünya və onqat Avropa çempionu İlham Zəkiyev “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova dəstək verib.
Sportify.az-ın məlumatına görə, 46 yaşlı idmançı təcrübəli mütəxəssislə fotosunu sosial şəbəkə hesabında paylaşıb.
Zəkiyev fotoya belə bir şərh yazıb: “Tarix yazan məşqçi! İdmanda qələbə ilə yanaşı, şübhəsiz ki, məğlubiyyət də var. Qalib olan isə tək Allahdır. Başınızı dik tutun – biz hər zaman yanınızdayıq”!
Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderland “Tvente”sinə uduzaraq (1:0, 1:4) avrokuboklarda mübarizəni dayandırıb. Bundan sonra bəzi şəxslər Qurban Qurbanovun əleyhinə fikirlər səsləndirərək, onun istefa verməli olduğunu bildiriblər.
Посмотреть эту публикацию в Instagram



No Comment! Be the first one.