Bekirinin özü ilə gətirdiyi köməkçiləri bəlli oldu
“Qəbələ”nin yeni baş məşqçisi Jeton Bekiri özü ilə iki köməkçi gətirib.
Sportify.az xəbər verir ki, 44 yaşlı mütəxəssisin əsas köməkçisi onunla Şimali Makedoniya “Şkendiya”sında da birlikdə çalışmış Burhan Emrulai olacaq.
Arvid Breqassi isə video-analitik funksiyasını yerinə yetirəcək.
Digər köməkçilər əvvəldən də komandada çalışan məşqçi Manaf Kələntərli, qapıçı məşqçisi Amil Ağacanov və fiziki hazırlıq üzrə məşqçi Miloş Yevtiç olacaq.
Şimali makedoniyalı mütəxəssis son olaraq rəhbərlik etdiyi “Şkendiya”dan ayrıldıqdan sonra Azərbaycan, Kosovo, Belarus və Birləşmiş Ərəb Əmirliklərindən təkliflər alıb. Lakin mütəxəssis “Qəbələ”yə üstünlük verib.
Bekiri 2024/2025 mövsümündə “Şkendiya” ilə Şimali Makedoniya çempionu olub. 2025/2026 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a 0:1 və 1:5 hesabları ilə uduzan Tetovo təmsilçisi avrokuboklarda da uğurlu çıxış edərək UEFA Konfrans Liqasının pley-off mərhələsinədək irəliləyib.
“Qəbələ” isə Azərbaycan Premyer Liqasının ilk 5 turunda 4 xal toplayıb.
Qeyd edək ki, yeni baş məşqçi “Qəbələ”də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.



No Comment! Be the first one.