Səmərqənddə keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında 4-cü turun görüşləri baş tutub.
Sportify.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan milli komandası bu turda Çexiya yığması ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli mübarizə aparıblar.
Süleymanlı, Məmmədyarov, Muradlı və Səfərli öz partiyalarını heç-heçə ilə başa vurublar.
Qadınlardan ibarət Azərbaycan yığması isə İngiltərə seçməsi ilə üz-üzə gəlib. Milli rəqibinə 2,5:1,5 hesabı ilə qalib gəlib.
Görüşdə Qövhər Beydullayeva qələbə qazanıb, Xanım Balacayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva isə partiyalarını heç-heçə ilə başa vurublar.
Qeyd edək ki, Azərbaycan kişilərdən ibarət millisi turnirin əvvəlki turlarında Mərakeşi 4:0, Filippinləri 3:1, İsveçrəni isə 3:1 hesabı ilə məğlub edib. Qadın komandası isə Qvatemalanı və Danimarkanı 4:0, İsveçi 2,5:1,5 hesabı ilə üstələyib.
Dördüncü turdan əvvəl hər iki Azərbaycan komandası 6 xalla mübarizə aparıb. Kişilərdən ibarət milli komanda turnir cədvəlində 8-ci, qadınlardan ibarət yığma isə 13-cü pillədə qərarlaşıb.
46-cı Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.



No Comment! Be the first one.