Yaponiyalı bacı-qardaş Bakıda yenə dünya çempionu oldu
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha 2 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Sportify.az xəbər verir ki, qadınların 52 kq, kişilərin isə 66 kq çəki dərəcələrində qızıl medalları Uta Abe və Hifumi Abe qazanıb.
Yaponiyalı bacı qardaş 2018-ci ildə olduğu kimi yenə Bakıda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Uta Abe 6 dəfə (2018, 2019, 2022, 2023, 2025, 2026) dünya çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.
Hifumi Abe isə 5 dəfə (2017, 2018, 2022, 2023, 2026) dünya çempionu, 2 dəfə (Tokio-2020, Paris-2024) olimpiya çempionu adını qazanıb.
Beləliklə, yaponiyalı bacı-qardaş 4 dəfə dünya çempionatında, 1 dəfə olimpiadada eyni vaxtda qızıl medala yiyələnib.



No Comment! Be the first one.