ABL-də yeni mövsümü son çempion açır
Azərbaycan Basketbol Liqasında (ABL) yeni mövsüm sentyabrın 30-da start götürəcək.
Sportify.az xəbər verir ki, mövsümün açılış oyununda son çempion “Sabah” ötən mövsümün gümüş medalçısı “Landau Lions”la qarşılaşacaq.
Görüş sentyabrın 30-da saat 19:30-da Bakı İdman Sarayında keçiriləcək.
Azarkeşlər qarşılaşmanın biletlərini ABL-in rəsmi internet səhifəsindən əldə edə bilərlər.
Qeyd edək ki, 14 yaşadək uşaqlar üçün bilet tələb olunmur.



No Comment! Be the first one.