AFFA "Turan Tovuz"un futbolçusunu və məşqçiləri sərt cəzalandırdı
“Şamaxı” və “Turan Tovuz” komandalarının məşqçiləri Araz Bağırov ilə Yunis Hüseynov 3 oyunluq cəzaya məruz qalıblar.
Sportify.az xəbər verir ki, AFFA İntizam Komitəsinin qərarına əsasən, hər iki məşqçi Misli Premyer Liqasının XII turunda keçirilən qarşılaşmanın fasiləsində rəqibi təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə aldıqları üçün 3 oyunluq diskvalifikasiya olunublar.
Buna görə hər iki klub 8000 manat cərimələnib.
Bundan başqa, “Turan Tovuz”un futbolçusu Xorxe Silva da cəzalandırılıb. Görüşün 75-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan futbolçu 3 oyunluq diskvalifikasiya edilib. Bu cəzanın 1 oyunu şərti xarakter daşıyır. Onun sınaq müddəti 6 ay müəyyənləşdirilib.
“Turan Tovuz” klubu futbolçusunun hərəkətinə görə 3000 manat cərimələnib.



No Comment! Be the first one.