“Araz-Naxçıvan” “Qəbələ”, “Zirə” “Sumqayıt”a qarşı - YENİLƏNİR
Bu gün Misli Premyer Liqasında IX tur başlanır.
Sportify.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Açılış matçında “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edəcək. Şamaxıdakı görüş saat 15:00-da başlanacaq.
Növbəti oyun isə saat 19:00-da start götürəcək. Zirə İdman Kompleksində təşkil olunacaq qarşılaşmada “Zirə” “Sumqayıt”ı sınağa çəkəcək.
Misli Premyer Liqası, IX tur
23 oktyabr (cümə)
15:00. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı şəhər stadionu
19:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu



No Comment! Be the first one.