Argentinada Messi ilə bağlı qərar
Argentina Futbol Assosiasiyası (AFA) Lionel Messinin atası Xorxe Messinin vəfatı ilə bağlı başsağlığı verib.
Sportify.az xəbər verir ki, ABŞ-nin “İnter Mayami” klubunda və Argentina millisində çıxış edən Lionel Messinin atası və meneceri Xorxe Messi avqustun 8-də 68 yaşında dünyasını dəyişib.
Onun xatirəsinə Argentina futbolunun bütün liqalarında keçiriləcək qarşıdakı oyunlardan əvvəl bir dəqiqəlik sükut elan olunacaq. Hakimlər, futbolçular və məşqçilər meydana qollarına qara sarğı taxaraq çıxacaqlar.
Bundan əlavə, AFA-nın inzibati binalarında Argentina bayraqları avqustun 14-dək yarıya endiriləcək.
Qeyd edək ki, Xorxe Messi uzun illər oğlu Lionel Messinin meneceri kimi fəaliyyət göstərib.



No Comment! Be the first one.