"Arsenal"ın növbəti qurbanı Acunun komandası oldu - VİDEO
İngiltərə Premyer Liqasının 10-cu turunda Acun Ilıcalının sahibi olduğu “Hall Siti” “Arsenal”a səfərdə məğlub olub.
Sportify.az xəbər verir ki, “Emireyts” stadionunda keçirilən görüşdə “Arsenal” 1:0 hesabı ilə qalib gəlib. Matçın yeganə qolunu 72-ci dəqiqədə Martin Edegor vurub.
Bu qələbədən sonra xallarını 27-yə çatdıran “Arsenal” turnir cədvəlinin liderliyini davam etdirir. “Hall Siti” isə 11 xalla 13-cü pillədə qərarlaşıb.



No Comment! Be the first one.