Avropa çempionatında Türkiyə və Tunis bayraqları qarışıq düşdü - FOTO
Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa çempionatında maraqlı hadisə yaşanıb.
Sportify.az xəbər verir ki, 60 kq çəki dərəcəsində qızıl medal qazanan rusiyalı Yevgeni Butuzov mükafatlandırma mərasimində iki dəfə fəxri kürsüyə qalxmalı olub.
Buna səbəb təşkilatçıların Türkiyə və Tunis bayraqlarını səhv salmasıdır. Bürünc medal qazanan türkiyəli idmançı Mustafa Hamza Cigerin mükafatlandırılması zamanı Türkiyə bayrağının əvəzinə Tunis bayrağı qaldırılıb.
Səhvdən sonra mükafatlandırma mərasiminin yenidən keçirilməsinə qərar verilib. Nəticədə Butuzovun şərəfinə Rusiya himni iki dəfə səsləndirilib və ölkəsinin bayrağı iki dəfə qaldırılıb.
Xatırladaq ki, Azərbaycan millisinin də iştirak etdiyi U-15 və yeniyetmələr arasında Avropa çempionatı avqustun 27-dək davam edəcək.
Посмотреть эту публикацию в Instagram



No Comment! Be the first one.