Avropa Kuboku: “Neftçi” mübarizəyə başlayır
“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunda mübarizəyə başlayacaq.
Sportify.az xəbər verir ki, Bakı təmsilçisi turnirin təsnifat mərhələsinin ilk oyununda Estoniyanın “Parnu” klubu ilə qarşılaşacaq.
Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Cavab matçı sentyabrın 30-da Estoniyada baş tutacaq.
Cütün qalibi turnirin əsas mərhələsində H qrupunda yer alacaq. Burada “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları mübarizə aparacaq.



No Comment! Be the first one.