Ayxan Abbasov Emreli ilə görüşündən danışdı - FOTO
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Polşaya səfər edərək, “Rakuv”da çıxış edən futbolçu Mahir Emreli ilə görüşüb.
Bu barədə Sportify.az-a 45 yaşlı mütəxəssisin özü məlumat verib.
O, səfər təəssürarlarını bölüşüb: “Mahir Emreli ilə oyundan əvvəl də, qarşılaşmanın ardından da görüşümüz oldu. Bütün məsələlər ətrafında müzakirələr apardıq. Yeni baş məşqçi Tomaş Kaçmarek və oyundan əvvəl klub prezidenti ilə də görüşdük. Çox yaxşı qarşıladılar. Ən əsası odur ki, Mahir haqqında çox yaxşı fikirdədirlər. Bu da bizi sevindirdi. Emreli “Rakuv”un lidelərindəndir və ondan çox şey gözlənilir. Bu da məmnunedicidir. Əlbəttə, Mahirlə də danışığımız oldu”.

Qeyd edək ki, görüşlərdə Azərbaycan millisinin idman direktoru İlqar Qurbanov da iştirak edib. Onların “Motor”la oyunda iştirakı “Rakuv” üçün düşərli olub. Mahir Emreli ilk qələbəni qazandıqları görüşdə 87 dəqiqə forma geyinib. Emreli bu dəfə qol vurmasa da, fəallığı ilə seçilib.




No Comment! Be the first one.