Ayxan Abbasov: Qələbə ilə başlamaq vacibdir
“Litva yığması təşkilatlanmış komandadır”.
Sportify.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Millətlər Liqasının D divizionunda səfərdə Litvaya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
“Sabahkı oyunda qələbə qazanmaq bizim üçün vacibdir. Çünki 3 xalla qrupa start versək, komandaya müsbət enerji verəcək. Rəqibin heyətində Avropada oynayan yaxşı oyunçular var. Uzun zamandır eyni heyətlə çıxış edirlər. Futbolçulara lazımi tapşırıqlar verilib. İstədiyimizi meydanda icra edib uğurlu nəticə əldə etmək istəyirik”, – deyə mütəxəssis qeyd edib.
Qeyd edək ki, Litva – Azərbaycan oyunu sentyabrın 27-i Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.



No Comment! Be the first one.