Azərbaycan Avropada nəhənglərlə çiyin-çiyinə - FOTOLAR
2025/2026 mövsümündə avrokubokların əsas mərhələsində UEFA-ya üzv 55 ölkədən 39-u təmsil olunur.
Sportify.az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının Liqa raundundan ümumilikdə 16 ölkə kənarda qalıb.
Bunlar avrokuboklara buraxılmayan Rusiya ilə yanaşı, İslandiya, İrlandiya, Kosovo, Lixtenşteyn, Moldova, Farer adaları, Şimali Makedoniya, Belarus, Malta, Estoniya, Şimali İrlandiya, Lüksemburq, Monteneqro, Uels və San Marinodur.

Liqa mərhələsində İngiltərənin 9, İspaniyanın 8, İtaliya, Almaniya və Fransanın hərəyə 7, Niderlandın 6, Portuqaliya və Belçikanın hərəyə 5, Danimarkanın 4 təmsilçisi mübarizəni davam etdirir.
Türkiyə, Çexiya, Yunanıstan və Norveçin 5 təmsilçisindən 4-ü, Avstriyanın 5 təmsilçisindən 3-ü, Polşa və Şotlandiyanın 5 təmsilçisindən, Kipr, İsveçrə, Xorvatiya və , Slovakiyanın 4 təmsilçisindən 2-si Liqa mərhələsində yer almağı bacarıb.
Əsas raundda hərəyə 1 təmsilçisi qalan ölkələr 4 komanda ilə yarışa qatılmış Macarıstan, İsveç, Rumıniya, Ukrayna, İsrail, Azərbaycan, Sloveniya, Bolqarıstan, Serbiya, Ermənistan, Bosniya və Herseqovina, Latviya, Finlandiya, Qazaxıstan, Albaniya, Litva və Gürcüstan, eləcə də hərəyə 3 komanda ilə iştirak etmiş Andorra və Cəbəllütariqdir.

Təsnifat və əsas mərhələdə qələbə sayında isə Azərbaycan, Avstriya və Latviya hərəyə 13 qələbə ilə 2 – 4-cü yerləri bölüşdürür. Lider mövqeyində isə 15 qələbəsi olan Danimarka qərarlaşıb. Polşa və Xorvatiya klublarının hərəyə 12, İsrailin 11, Norveç və İsveçrənin hərəyə 10 qələbəsi var.
Qeyd edək ki, bu mövsüm Azərbaycan 5,125 reytinq xalı ilə 1-ci pillədə yer alıb. İkinci yerdə 5,000 xalla Norveç qərarlaşıb. Portuqaliya və Türkiyə isə hərəyə 4,700 xalla 3-4-cü mövqelərdə gedir.



No Comment! Be the first one.