Azərbaycan çempionatına son 12 gün
Noyabrın 14-də Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təqvim planına əsasən konkur üzrə Azərbaycan çempionatı keçiriləcək.
Sportify.az xəbər verir ki, ilin son yarışında ölkənin ən güclü konkurçuları bir araya gələcəklər.
Bir gün davam edəcək turnirdə idmançılar 3 fərqli kateqoriya üzrə yarışacaqlar. Konkurçular 70-80, 100-115 və 125-130 santimetr hündürlüklü maneələri qüsursuz dəf etməyə çalışacaqlar.
Qalibləri kubok, medallar və diplomlar gözləyir.



No Comment! Be the first one.