Azərbaycan Kubokunun final məkanı açıqlandı - RƏSMİ
Azərbaycan Kubokunda 2026/2027 mövsümünün final oyununun keçiriləcəyi stadionun adı açıqlanıb.
Sportify.az-ın xəbərinə görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov sosial şəbəkə hesabında yazıb.
Səmədov oyunun Gəncə Stadionunda təşkil olunacağını bildirib: “Düşünürəm ki, bu xəbər hər kəsin ürəyincə olacaq. PFL-in təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə ölkə futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. Bu işdə dəstək olan gənclər və idman naziri Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm. Tarixi məkanda tarixi matçda görüşənədək”!
Azərbaycan Kubokunda 2026/2027 mövsümünün püşkatma mərasimi sentyabrın 18-də “Holiday INN” otelinin “Baku 1” zalında baş tutacaq. Saat 13:00-da başlanacaq tədbir “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, final görüşü 2027-ci il mayın 12-də keçiriləcək.



No Comment! Be the first one.