Azərbaycan – Litva matçının hakimləri açıqlandı
UEFA Millətlər Liqasında Azərbaycan və Litva yığmaları arasında keçiriləcək oyunun bütün təyinatları açıqlanıb.
Sportify.az-ın məlumatına görə, qarşılaşma Qustavo Korreyanın başçılıq etdiyi portuqaliyalı hakimlər briqadasına tapşırılıb.
Ona həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza yan xətt hakimləri, Migel Andre Monteyro Fonseka dördüncü hakim qismində yardımçı olacaqlar.
Bruno Esteves VAR hakimi, Ana Klaudiya Silva Ribeyro VAR hakiminin köməkçisi olacaq.
Qeyd edək ki, D Liqasında 2-ci qrupun oyunu oktyabrın 4-də “Palms Sports Arena”da təşkil olunacaq. Oyun saat 17:00-da başlanacaq.



No Comment! Be the first one.