Azərbaycan yığması ilə başlanan rekord
İsveç millisinin futbolçusu Viktor Dökereş UEFA Millətlər Liqasında yeni rekorda imza atıb.
Sportify.az xəbər verir ki, 28 yaşlı hücumçu Bosniya və Herseqovina ilə 2 oktyabrda keçirilmiş qrup oyununda da fərqlənib.
Dökereş bununla da Millətlər Liqasının ardıcıl 6 oyununda qol vuran ilk futbolçu olub.
İsveçli hücumçu hazırkı turnirdə bundan əvvəl Polşa (3:1) və Rumıniya (2:1) ilə matçlarda bir dəfə fərqlənib. O, əvvəlki Millətlər Liqası oyunlarında isə Azərbaycanla qarşılaşmada 4 qol, Estoniya və Slovakiya ilə matçlarda isə hərəyə 1 qol vurub.
Beləliklə, Viktor Dökereş Millətlər Liqasında ardıcıl 6 oyunda qol vurmaqla turnirin tarixinə düşüb.



No Comment! Be the first one.