Azərbaycanlı boksçulardan Qazaxıstanda möhtəşəm nəticə
Azərbaycanın iki gənc boksçusu Qazaxıstanda keçirilən beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sportify.az xəbər verir ki, Akmola vilayətinin Qorğaljın rayonunda məktəbli boksçular (U-15) arasında beynəlxalq turnir təşkil olunub.
5 ölkənin iştirak etdiyi yarışda Azərbaycan millisi iki idmançı ilə təmsil olunub. Hər iki boksçumuz turniri qızıl medalla başa vurub.
Belə ki, Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.
Təmsilçilərimiz final qarşılaşmalarında yerli boksçularla üz-üzə gəliblər. Hər iki görüş Azərbaycan idmançılarının tam üstünlüyü ilə keçib və döyüşlər vaxtından əvvəl onların xeyrinə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisinin çalışdırıcısı Etibar Abdullayev turnirin ən yaxşı məşqçisi seçilib.



No Comment! Be the first one.