Bakıda “Barselona”nın yeni ulduzu üzə çıxdı
İspaniya “Barselona”sının gənc futbolçusu Aleks Kampos UEFA Çempionlar Liqasının V turunda “Sabah”la Bakıda keçirilən oyunda əsas komandada ilk dəfə meydana çıxıb.
Sportify.az xəbər verir ki, Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada 65-ci dəqiqəsində 18 yaşlı müdafiəçi Frenki de Yonqu əvəzləyib.
Beləliklə, Kamposun karyerasında əlamətdar hadisə yaşayıb.
Baş məşqçi Hansi Flikin rəhbərlik etdiyi komandada mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu son bir neçə oyunda iştirak ərizəsinə daxil edilsə də, debüt şansını məhz Bakıda qazanıb. Beləliklə, o, Avropanın ən nüfuzlu klub turnirində ilk oyununa çıxıb.

2008-ci il fevralın 2-də İspaniyanın Lleida əyalətinin Aitona şəhərində anadan olan Kampos 2021-ci ilin yayında “Atletik Seqre”dən “Barselona”ya keçib. Həmin vaxt 13 yaşı olan futbolçu U-14 komandasına qoşulub və klubun aşağı yaş qruplarında inkişaf edərək əsas komandaya qədər yüksəlib.
Maraqlıdır ki, Kampos 2025-ci il sentyabrın 28-də “Barselona Atletik”in heyətində ilk rəsmi oyununa çıxanda hələ U-19 komandasının üzvü idi. O, 2025/2026 mövsümündə əvəzedici heyətdə 14 matç keçirib, 1 qol vurub. Həmçinin U-19 komandasında da mühüm rol oynayıb.
Cari mövsümdə isə Kampos artıq “Barselona Atletik”in əsas heyət üzvlərindən və kapitanlarından biridir. O, indiyədək 8 oyunda iştirak edib və 1 qol vurub.



No Comment! Be the first one.