“Barselona” Bakıya gətirəcəyi heyəti açıqladı – SİYAHI
İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah”la Bakıda keçirəcəyi oyun üçün heyətini açıqlayıb.
Sportify.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hansi Flik Azərbaycana 22 futbolçu gətirəcək.
Komanda uzun səfərlə əlaqədar qarşılaşmadan iki gün əvvəl – bu gün Barselonadan yola düşüb.
“Barselona”nın heyətində zədəli Rodri, Xavi Espart və Andreas Kristensen yer almayıb. Sağ ayaq biləyindəki yüngül narahatlıq səbəbindən Lamin Yamal da Bakıya gəlməyəcək.

“Barselona”nın “Sabah”la oyun üçün heyəti belədir: Xoan Qarsiya, Joau Kanselu, Alexandro Balde, Brayan Farinyas, Pau Kubarsi, Qavi, Fermin Lopes, Pedri, Qabriel Jezus, Rafinya, Voytsex Şensnı, Karim Adeyemi, Entoni Qordon, Jerar Martin, Dani Olmo, Frenki de Yonq, Mark Bernal, Jül Kunde, Erik Qarsiya, Dominik Livakoviç, Cessi Bisivu və Aleks Kampos.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də başlanacaq.



No Comment! Be the first one.