“Barselona”da 12 il keçirmişəm, buna görə də bu kluba bağlıyam”
İspaniya klubu “Barselona”dan icarə əsasında Niderland təmsilçisi “Ayaks”da çıxış edən qapıçı Mark-Andre ter Ştegen gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, 34 yaşlı almaniyalı qolkiper Kataloniya klubuna bağlı olduğunu, lakin gələn mövsüm harada çıxış edəcəyini hələ bilmədiyini bildirib.
“Barselona”da 12 il keçirmişəm, buna görə də bu kluba bağlıyam. Hazırda noyabr ayıdır və yayda nələrin baş verəcəyini həqiqətən deyə bilmərəm.
“Ayaks”da mənə göstərilən etimadı hiss etmək inanılmaz dərəcədə xoşdur. Bu, formada olduğum zaman komandaya çox şey verə biləcəyimi sübut edir”, – deyə ter Ştegenin sözlərini “Marca” nəşri yayıb.
Qeyd edək ki, ter Ştegen bu mövsüm Niderland çempionatında 11 oyunda iştirak edib. O, bu qarşılaşmaların 3-də qapısını toxunulmaz saxlayıb, ümumilikdə isə 14 qol buraxıb.



No Comment! Be the first one.