Brunu Fernandeş Ronaldunun millidən gedişi barədə
İngiltərə klubu “Mançester Yunayted”in və Portuqaliya millisinin yarımmüdafiəçisi Brunu Fernandeş Kriştianu Ronaldunun milli komandadakı karyerasını başa vurmaq qərarına münasibət bildirib.
Sportify.az xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə özü sosial şəbəkə hesabında paylaşım edib.
Fernandeş Ronaldunun vida videosunu paylaşaraq ona təşəkkürünü çatdırıb:
“İlham mənbəyim olduğun üçün təşəkkür edirəm. Uşaqlıq kumirimlə milli komandamızın heyətində bu gözəl anları bölüşmək mənim üçün böyük şərəf idi”.
Qeyd edək ki, Kriştiano Ronaldu Portuqaliya millisində debütünü 2003-cü il avqustun 20-də Qazaxıstanla yoldaşlıq görüşündə edib. Həmin qarşılaşma Portuqaliya yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Təcrübəli hücumçu milli komandanın heyətində ümumilikdə 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə verib.



No Comment! Be the first one.