Cahangir Fərəcullayev: Milli komanda brendini neqativdən çıxarmalıyıq - VİDEO
“Azərbaycan futbolunun neqativ tərəflərindən danışsaq, təəssüf ki, milli komandamız UEFA Millətlər Liqasının D Liqasında çıxış edir. Bu da müəyyən mənfi fikirlər yaradır. Bunlar təbiidir. Amma onu da demək istəyirəm ki, milli komandanın yanında olmaq lazımdır”.
Sportify.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev AFFA-nın yeni layihəsinin təqdimat mərasimindəki çıxışı zamanı deyib.
Fərəcullayevin sözlərinə görə, milli asssosiasiya olaraq, uşaqları gələcəkdə millinin şərəfini qorumaq üçün hazırlayırlar: “İndidən milli komanda brendini neqativdən çıxarmalıyıq. Aydındır ki, ilk növbədə, nəticələr durur. Amma yaxşı gündə millinin yanında olmaq asandır. Çətin gündə bunu bacarmaq lazımdır”.
Посмотреть эту публикацию в Instagram



No Comment! Be the first one.