Çempionlar Liqası 1 dəqiqəlik sükutla başlayır
UEFA bu həftə keçiriləcək bütün Çempionlar Liqası oyunlarından əvvəl Nepalda baş verən faciə ilə bağlı bir dəqiqəlik sükut elan edib.
Sportify.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, matçlardan əvvəl stadionlarda “You are not alone Nepal” (“Sən tək deyilsən, Nepal”) yazılı banner də nümayiş etdiriləcək.
Bu addım avqustun 26-da Nepalda baş verən dağıdıcı selin qurbanlarına ehtiram və zərərçəkənlərə dəstək məqsədi daşıyır.
UEFA prezidenti Aleksander Çeferin bildirib ki, bütün Avropa futbol ailəsi Nepal xalqına dərin hüznünü və dəstəyini ifadə etmək üçün bir araya gələcək: “Bu faciədən və onun nəticələrindən sonra bərpa prosesini davam etdirən Nepal xalqına güc və dözüm arzulayırıq”.
Qeyd edək ki, 8 – 10 sentyabrda Çempionlar Liqasının liqa mərhələsində ilk turun oyunları keçiriləcək. Azərbaycan təmsilçisi “Sabah” İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq. Sentyabrın 10-da Mançesterdəki “Old Trafford” stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.



No Comment! Be the first one.