Çempionlar Liqası: "Qalatasaray" növbəti qələbəsini qazandı
Türkiyənin “Qalatasaray” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İngiltərənin “Aston Villa” komandasına qalib gəlib.
Sportify.az xəbər verir ki, İstanbulda yerləşən RAMS Parkda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın taleyini 77-ci dəqiqədə Deniz Gülün vurduğu qol həll edib.
Bununla da xalını 9-a çatdıran “Qalatasaray” 13-cü pilləyə yüksəlib. Eyni xala malik “Aston Villa” isə 7-cidir.
Qeyd edək ki, “Qalatasaray” növbəti turda dekabrın 8-də Yunanıstanın AEK klubunun qonağı olacaq. “Aston Villa” isə həmin gün PSJ-ni qəbul edəcək.



No Comment! Be the first one.