Çempionlar Liqası: "Turan"ın oyununa biletlər ödənişsizdir
“Turan” voleybol klubu Tovuzda keçiriləcək Çempionlar Liqası oyununun biletlərini təqdim edib.
Sportify.az xəbər verir ki, “Turan” klubu doğma meydanda Bolqarıstanın “Maritsa Plovdiv” komandası ilə qarşılaşacaq. Klub azarkeşlər üçün biletləri ödənişsiz təqdim edir. Artıq əldə olunması mümkün olan biletləri Tovuz Olimpiya İdman Kompleksinə yaxınlaşaraq götürmək olar.
Biletlər yalnız şəxsiyyət vəsiqəsi əsasında təqdim ediləcək. Saxta biletlərin hazırlanmasının və biletlərin digər şəxslərə ötürülməsinin qarşısını almaq məqsədilə onların üzərində xüsusi holoqram yerləşdiriləcək.
Qeyd edək ki, tərəflərin ilk görüşündə “Turan” rəqibini 3:0 hesabı ilə məğlub edib. Komanda cavab qarşılaşmasında uğurlu nəticə qazanaraq qrup mərhələsinə vəsiqə qazanmağı hədəfləyib. Qarşılaşma noyabrın 10-da saat 18:00-da Tovuz Olimpiya İdman Kompleksində təşkil olunacaq.



No Comment! Be the first one.