Fonsekanın 10-cu klubu "Sportinq" oldu
Portuqaliyalı mütəxəssis Paulu Fonseka Lissabonun “Sportinq” klubunun yeni baş məşqçisi təyin olunub.
Sportify.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, noyabrın 4-də “Lion” klubu rəsmi saytında Fonsekanın baş məşqçi vəzifəsindən ayrıldığını açıqlamışdı. Məlumata görə, portuqaliyalı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar “Sportinq” Fransa klubuna 5 milyon avro təzminat ödəyəcək.
Lissabon təmsilçisinin əvvəlki baş məşqçisi Rui Borjes də vəzifəsini tərk edib. Fonsekanın yeni komandasında debütünün noyabrın 7-də Portuqaliya çempionatının 11-ci turunda “Moreyrense”yə qarşı keçiriləcək ev oyununda baş tutacağı gözlənilir.
53 yaşlı mütəxəssis karyerası ərzində “Milan”, “Lill”, “Roma”, “Şaxtyor”, “Braqa”, “Portu”, “Paşuş Ferreyra” və “Aves” kimi klublara da rəhbərlik edib.



No Comment! Be the first one.