Pelleqrini: İstənilən komanda ilə rəqabət aparmaq gücündəyik
“İstənilən komanda ilə rəqabət aparmaq gücündəyik”.
Sportify.az xəbər verir ki, bu sözləri İspaniya təmsilçisi “Real Betis”in baş məşqçisi Manuel Pelleqrini UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Dortmund “Borussiya”sına (Almaniya) 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
“Güclü rəqibə qarşı oynadıq və sonadək hesabı bərabərləşdirmək şansımız var idi. Həlledici məqam rəqibin qolumuza tez cavab verməsi oldu. Dörd oyundan sonra 9 xalımız var. Növbəti matçlara inamla hazırlaşa bilərik. İstənilən komanda ilə rəqabət aparmaq gücündəyik” – deyə mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.



No Comment! Be the first one.