Millimiz Böyük Dəbilqənin qalibi oldu
Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə keçirilən Böyük Dəbilqəni 5 medalla başa vurublar.
Sportify.az xəbər verir ki, aktivində 2 qızıl, 1 gümüş və 2 bürünc mükafat olan milli 59 ölkə arasında ümumi komanda hesabında birinci yeri tutub.
Yarışın son günündə 100 kq-dan yuxarı çəki dərəcəsində Uşangi Kokauri gümüş medala sahib çıxıb.
Əvvəlki iki gündə Könül Əliyeva (48 kq) və Balabəy Ağayev (60 kq) turnirin qalibi olub, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc mükafat qazanıblar.
Əbu Dabidə Azərbaycan qadın cüdosu üçün də tarixi nəticə qeydə alınıb. Könül Əliyeva Dünya Cüdo Turu yarışlarında çempion olan ilk azərbaycanlı qadın cüdoçu olub.
Böyük Dəbilqədə 374 idmançı iştirak edib. Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 12 cüdoçu (8 kişi, 4 qadın) ilə təmsil olunub.



No Comment! Be the first one.