Dakar-2026: Güləşçilərimiz yarımfinalda
Bu gün Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunları çərçivəsində keçirilən çimərlik güləşi üzrə yarışlara start verilib.
Sportify.az xəbər verir ki, Azərbaycan komandasının iki idmançısı da yarışlarda mübarizəyə başlayıb.
Nihad Süleymanlı (80 kq) və Günel Kərimli (55 kq) qrup mərhələsində keçirdikləri üç görüşü qələbə ilə başa vurublar.
80 kq çəki dərəcəsində mübarizə aparan Nihad Süleymanlı A qrupunda əvvəlcə Əlcəzair təmsilçisi Kəbir Kraledə, daha sonra isə hindistanlı Depanşu Kokara qalib gəlib. Güləşçinin qrup mərhələsində sonuncu rəqibi mərakeşli Abdelcalil Benelyasser olub. Bu görüşdə də rəqibinə qalib gələn Nihad yarımfinala vəsiqə qazanıb. O, finala vəsiqə uğrunda görüşdə yunanıstanlı Konstantinos Mourtzilakislə üz-üzə gələcək.
Digər idmançı Günel Kərimli (55 kq) də A qrupunda inamlı çıxış edib. O, ilk görüşdə latviyalı Anastasiya Yakovlevanı, ikinci qarşılaşmada isə qvineyalı Foula Mariama Kabanı məğlub edib. İdmançı qrupda keçirdiyi sonuncu görüşündə isə mərakeşli Rəna Lahsidən üstün olub. Beleliklə, Günel Kərimli də adını yarımfinala yazdırıb. O, yarımfinalda seneqallı Elizabet Diatta ilə qarşılaşacaq.



No Comment! Be the first one.