Taekvondoçularımızdan 1 qızıl, 1 bürünc medal
Taekvondo üzrə “Serbia Open 2026” beynəlxalq turniri başa çatıb.
Sportify.az xəbər verir ki, böyüklərdən ibarət Azərbaycan milli komandasının üzvləri Serbiyanın Belqrad şəhərində keçirilən yarışda uğurla çıxış ediblər.
Kişilər arasında komandamızın üzvü Qaşim Maqomedov (63 kq) qızıl, qadınlar arasında isə Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb.



No Comment! Be the first one.